Türkiyə Silahlı Qüvvələri Şimali İraqda antiterror əməliyyatını davam etdirir.
Eurasia Diary xəbər verir ki, PKK-nın Haftanin bölgəsindəki düşərgələrinə endirilən hava zərbələri nəticəsində 9 terrorçu öldürülüb.
Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, terrorçuların mövqeləri və sığındığı mağaralar məhv edilib.