Ağstafada top mərmisi və əl qumbarası tapılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Ağstafada top mərmisi və əl qumbarası tapılıb - FOTOLAR

Münaqişələr A- A A+

Ağstafa rayonunda top mərmisi və əl qumbarası tapılıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Eurasia Diary-ə verilən məlumata görə, sentyabr 18-i saat 12:03-də Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin  əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarınabaxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmıb.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...