Türkiyə ordusuna hücum - şəhid və yaralı var | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Türkiyə ordusuna hücum - şəhid və yaralı var

Münaqişələr A- A A+

Suriyanın Tel Abyad bölgəsində kəşfiyyat və nəzarət missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, bir əsgər yaralanıb.

Eurasia Diary xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Türkiyə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının 120 saat müddətində dayandırılması və YPG terror qruplaşmasının 30 kilometrlik zonadan çıxarılması haqqında razılaşıblar. Boşaldılan əraziyə Ankara tək nəzarət edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ vədini yerinə yetirməsə, Ankara Suriyada əməliyyatı davam etdirəcək.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...