PKK erməni kilsəsini qərargaha çevirdi - FOTOLAR | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


PKK erməni kilsəsini qərargaha çevirdi - FOTOLAR

Münaqişələr A- A A+

“Barış Pınarı” əməliyyatında azad edilən Suriyanın Tel Abyad şəhərində YPG/PKK terrorçularının erməni kilsəsini qərargah kimi istifadə etdiyi ortaya çıxıb.

Eurasia Diary xəbər verir ki, kilsəni azad edən Suriya Milli Ordusu erməni icmasına torpaqlarına qayıdıb kilsəni təhvil almaqla bağlı çağırış edib.

Kilsədə rahibin dua etmək üçün istifadə etdiyi yerdə PKK lideri Abdulla Öcalanın portretinin asıldığı görünür.

Anadolu Agentliyinin məlumatına görə, ermənilərin “horan” adlandıdığı hissə xristianlar tərəfindən məhrəm sayılır və sadəcə keşiş girə bilər. 

Terrorçuların qəsb edərək qərargaha çevirdiyi kilsə YPG/PKK-dan xilas olunduqdan sonra mühafizəyə götürülüb.

Kilsənin təhlükəsizliyinə cavabdeh olan SMO komandiri Əbu Abdo:

“Tel Abyad şəhər mərkəzinə daxil olduqda kilsəyə yaxınlaşmadıq. Döüyşlərdə xəsarət almasını istəmədik. Xristian və erməni qardaşlarımızı Tel Abyada qayıtmağa çağırırıq. Kilsələrə gəlib ibadətlərini edə bilərlər. Biz qardaşıq”.(Avropa.info)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...