İran ABŞ-ın hərbi bazasını belə bombaladı - VİDEO - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

İran ABŞ-ın hərbi bazasını belə bombaladı - VİDEO

Münaqişələr A- A A+
İraqda ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazası 9 ballistik raket zərbəsi ilə bombalandı.
 
Eurasia Diary xəbər verir ki, İran İnqilab Keşikçiləri bu hücumu onların həyata keçirdiyini bəyan edib və hərbi bazanı dəfələrlə bombaladığını bildirib.
 
Bəyanatda bildirilir ki, ABŞ ordularının yerləşdiyi hər hansı ölkədən cavab atəşi edilərsə, İran o ölkəni vuracaq.
 
Pentaqondan bu xəbər təsdiqlənib və başqan Trampın mövzu ilə bağlı məlumatlandırıldığı bildirilib: “Hazırda təkcə Ayn əl-Əsəd deyil, İraqdakı bütün amerikan hərbi bazalarına hücum edilir”.
 
İranın dövlət televiziyasının yaydığı məlumata görə, ABŞ-ın İraqdakı hərbi bazalarına hücum zamanı 80 amerikalı əsgər ölüb. Hücum nəticəsində yaralananlar da var. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...