Yeni Milli Məclis erməni işğalını durdurmaq üçün qəti addımlar atmağı düşünür

Münaqişələr 10:23 15.02.2020
Tural Gəncəliyev cəmi 12 yaşında ikən erməni qoşunlarının işğalından sonra ailəsi ilə birlikdə isti yuvasından zorla qovuldu.
 
Gəncəliyev və ailəsi 1991-ci ildə Naxçıvan və Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Rusiyanın dəstəyi ilə erməni qüvvələri tərəfindən qəsb olunaraq evlərindən və torpaqlarından vəhşicəsinə qovulmuş 800.000 azərbaycanlının (təxminən yarısı uşaq) arasında idi.
 
Gəncəliyev və ailəsi sahib olduqları hər şeyi itirdikdən sonra uzun müddət çadırlarda və müvəqqəti sığınacaqlarda yaşamağa məcbur olsalar da, onlar erməni təcavüzünün qurbanları arasından xilas ola bilən şanslı azərbaycanlı ailələrdən biri idilər.
 
İşğalçı ermənilər tərəfindən təcavüzə məruz qalaraq vəhşicəsinə öldürülən 1400-ə yaxın silahsız Qarabağ mülki əhalisini sadə bir qətl hadisəsi ilə eyni tutmaq olmaz. Bu beynəlxalq ictimaiyyətin əksəriyyəti tərəfindən azərbaycanlıların münaqişəli bölgədən hesablanmış etnik təmizlənməsi aktı kimi qəbul edilmişdir. 
 
Ermənilərin Qarabağa zorakı hücum etməsindən sonra 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası azərbaycanlıların qanuni vətənlərindən didərgin salınmasını və sürgün edilməsini pisləyən və işğalçı qüvvələrin bölgədən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd ayrı qətnamə qəbul etdi.
 
Bu günə qədər ermənilər həmin bölgələrdə inkişafın qarşısını qəsdən alaraq Qarabağı işğal altında saxlamağa və qanunsuz istismar etməyə davam etdilər. Azərbaycanlıların yaşadığı kəndlərin qalıqlarını yox etdilər, azmış kimi hələ bərəkətli torpaq sahələrini, meşələri yandırıb, oradakı qızıl və mineral su resurslarını qanunsuzcasına istismar etdilər.
 
Bu gün Azərbaycan 1 milyondan çox qaçqın, o cümlədən Ermənistandan qovulmuş 250.000 soydaşına qucaq açan bir ölkədir. Azərbaycanın bu günədək ərazisinin tam olaraq 20 faizi hələ də Rusiya tərəfindən dəstəklənən erməni işğalı altındadır.
 
Lakin Yerevandan BMT-nin dörd qətnaməsinə cavab gəlməməsinə rəğmən və hətta kənar xarici qüvvələrin təsiri nəticəsində ərazi konfliktinin daha da şiddətlənməsinə baxmayaraq, Bakı buna heç bir aqressiya göstərmədi və əksinə bir daha bunu sülh yolu ilə həll etməyə təşəbbüs göstərdi.
 
On illərdir ki, Bakı İrəvanın Qarabağı tərk etməsini və Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək beynəlxalq hüquq normalarına əməl etməsini gözləyir.
 
Bakı çox ehtiyac duyulan enerji mənbələrinə çıxış üçün həm şərq, həm də qərb dünyasına magistral yolu təmin edəcək infrastruktur layihələrində iştirak etmək imkanlarına malikdir.
 
Lakin, Azərbaycanla Ermənistan arasında sərhəd boyu atışmalar hər iki tərəf arasında gərginliyi saxlamaqdadır. (Bu atışmalar demək olar ki, həmişə beynəlxalq müdaxilə nəticəsində aradan qaldırılır və vəddən kənara çıxaraq məsələnin həlli heç bir nəzarət olunmadan cəmiyyətin üzərinə buraxılır).
 
Fevralın 9-da Azərbaycan xalqı, Dağlıq Qarabağın ermənilərin işğalından birdəfəlik azad olacağına söz verən Milli Məclisin 125 deputat namizədinə səs verdi.
 
Yeni namizədlər arasında Tural Gəncəliyev də var idi.
 
Təxminən 30 il əvvəl gecə yarısı ailəsi ilə birlikdə işğalçı erməni qoşunlarından qaçaraq ailəsi ilə birgə həyatını qurtaran, maraqlı və keşməkeşli həyat yolu olan gənc bir oğlan...
 
Dağlıq Qarabağ diasporunun 17 min üzvünü təmsil etmək üçün səkkiz digər namizədə (hakim Yeni Azərbaycan Partiyasından biri daxil olmaqla) qarşı 56.7 faiz səs çoxluğu ilə seçilən Gəncəliyev işğal altındakı ərazilərin geri alınmasının vacibliyini bildirdi.
 
 
"Qarabağ bölgəsinin xalqı, qaçqınlar öz vətənlərinə qayıtmağı gözləməkdən yorulublar," bunu Tural Gəncəliyev Pulse News Mexico-a səsvermədə ilkin qələbəsini öyrəndikdən sonra belə deyib.
 
"Çoxları səbrini itirmiş və bir çoxları ailələrini bir daha görməyəcəklərinə inanırlar".
 
Bəs Gəncəliyev ermənilərin Qarabağı tərk etməsi üçün nəyi planlaşdırır?
 
"Əlbəttə, danışıqlar həmişə ilk yanaşmamız olacaq," yeni seçilən deputat belə dedi.
 
“Biz Ermənistanla hər hansı bir danışıqlara hazırıq və Qarabağ bölgəsində yaşayan etnik erməni xalqının onları qovmaq niyyətimiz olmadığını başa düşmələrini istəyirik. İşğaldan əvvəl yüzillər boyu olduğu kimi, onlarla yenidən sülh içində yaşamaq istəyirik".
 
Ancaq qarşı tərəfdən təzyiqlər yaranarsa, Gəncəliyev erməniləri işğal altındakı Azərbaycan ərazilərindən qovmaq üçün hərbi addım atmaq fikrinin alternativ seçim olduğunu da istisna etmədi.
 
"Torpaqlarımızı geri almaq üçün nə lazımsa edəcəyik. Bu daha çox vaxt tələb edir, amma bu məsələni həll etməliyik," dedi.
 
Yenə də yaxın tarix göstərdi ki, güc tətbiqinə keçmədən Ermənistanın Qarabağdan çəkilmək ehtimalı azdır.
 
 
"Azərbaycan cəmi 10 milyon əhalisi olan kiçik bir ölkədir", - qaçqın və köçkün düşən azərbaycanlı vətəndaşların hüquqlarını müdafiə edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev əlavə etdi. (Umud Mirzəyev həm də 1991-ci ildə Ermənistanın Dağlıq Qarabağ ərazisini işğal edərkən köçkün düşən şəxslərdən biridir.)
 
“Bunu özümüz edə bilmərik. Sadəcə beynəlxalq dəstəyə ehtiyacımız var. ABŞ, Rusiya və Avropa qarışmasa, vəziyyət dəyişməz," BAMF rəhbəri belə vurğuladı.
 
"Biz coğrafi gerçəkliyimizdən xəbərdar olmalıyıq. Coğrafi baxımdan Rusiya, İran, Ermənistan və Gürcüstan arasında yerləşən Azərbaycan bilir ki, kənar qurumlar bölgədə baş verənlərə ciddi maraq göstərir və biz asanlıqla birtərəfli hərəkət edə bilmərik," deyə Gəncəliyev buna əlavə etdi. 
 
Buna baxmayaraq, son vaxtlar Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların səngiməsinə dair xəbərlər mövcuddur və ikitərəfli danışıqları bir daha başlamaq üçün vaxt yetişməkdədir.
 
Ermənistan, Azərbaycanın İrəvana qarşı növbəti qanuni tədbirlərdən və ya yeni sanksiyalardan imtina etməsi müqabilində yeni qəsəbələrin tikintisini müvəqqəti dayandırmağa razılıq versə, tərəqqi üçün ilkin təməllər yarana bilər.
 
Artıq qeyd edildiyi kimi, ildə 12 milyard dollardan çox ÜDM-i olan Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılı vəziyyətdədir.
 
Azərbaycanla yaxınlaşma Ermənistan üçün enerji ehtiyatlarına çıxış və İrəvan üçün daha böyük iqtisadi (ehtimal ki, siyasi) müstəqillik əldə etmək demək olardı.
 
Beynəlxalq sülhməramlılıq və ya monitorinq variantı da mövcuddur (Rusiya böyük vasitəçi olmağı təklif etdi), lakin indiyə qədər heç bir tərəf bölgədə kənar qüvvələrin yerləşdirilməsi perspektivindən məmnun qalmadı.
 
Rəsmi Bakı xarici sülhməramlı missiyanın məsələni uzatması nəticəsində öz ərazilərinin erməni işğalı altında qalmasına qəti olaraq etiraz edir. 
 
Nəhayət, növbəti plan mövcud Dağlıq Qarabağ sakinlərinin guya müstəqillik tələbinin meydana gəlməsidir.
 
Bakı bu tələbi bir qondarma dövlətin qurulması üçün dəridən-qabıqdan çıxan ermənilərin Azərbaycana aid torpaqları işğal etməsini qanuniləşdirmək üçün nəzərdə tutulmuş bir oyunu kimi görür.
 
Eyni zamanda, Azərbaycan tərəfi bölgəyə öz ərazisi daxilində qismən muxtariyyət verilməsini düşünəcəyini söylədi.
 
Münaqişənin əsas hissəsində dərin yaraların sağalmaz izləri və qarşı-qarşıya inamsızlıq hələ də mövcuddur. Azərbaycan və Ermənistan xalqı bütün olanları unudaraq heç olmasa bağışlamağı öyrənə bilməyincə, bu münaqişənin sülhlə həll olunacağına ümid çox azdır.
 
Lakin bütün bunlar, Tural Gəncəliyevi və digər Qarabağlı qaçqınları bu yolda səylə çalışmaqdan alı qoymayacaq.
 
"Erməni işğalından zərər çəkənlər Qarabağ probleminin həll edilməsini və torpaqlarının geri qaytarılmasını istəyirlər. Azərbaycan xalqı səbirli və sülhsevərdir, lakin biz bunu daha uzun zaman gözləyə bilmərik," Gəncəliyev əlavə etdi.
 
Jurnalist Therese Margolis
 
Tərcümə edən: Elnur Ənvəroğlu
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Hamısı