Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Suriya Milli Ordusu bir müddət öncə 13 türk əsgərinin şəhid edən Əsəd rejiminin əsgərlərini məhv edib.
Eurasia Diary Moderator-a istinadla xəbər verir ki, İdlib şəhərində müəyyən edilən düşmən məntəqəsinə açılan atəş nəticəsində siqaret çəkən hərbçilər zərbənin təsirindən havaya sovrulub. Həmin anları isə anbaan kameraya çəkilib.
Qeyd edək ki, Əsəd rejiminə məxsus ordunun 3 fevral tarixində hücumu zamanı 7 əsgər personalı, 1 mülki şəxs, 10 fevral hücumu zamanı isə 5 türk əsgəri şəhid olub. Bölgədə hələ də atışmaların getdiyi bildirilir.