Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Eurasia Diary-nin xəbərinə görə, paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.