Azərbaycan Silahlı Qüvvələrinin 2 martda başlanan və 6 martadək davam edəcək, Genişmiqyaslı kommanda-qərargah təlimlərində döyüş aviasiya vasitələrindən istifadə olunub.
Müdafi Nazirliyinin məlumat mərkəzindən Eurasaia Diary-ə verilən məlumata görə, Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq, döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.