Naxçıvanda erməniləri lərzəyə salan raket sistemləri yerləşdirildi

Münaqişələr 11:52 19.05.2020

Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir.

EDNews.net Virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqaləsində bu barədə bəhs olunur.

Müəllif Can Kasapoğlu qeyd edir ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin YouTube kanalında mayın 2-də yerləşdirilmiş və Naxçıvan qarnizounda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir.

Müəllif qeyd edir ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. İndiki halda “Kaplan” raketlərinin Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilməsi şübhəsiz ki, Naxçıvanda dislokasiya olunmuş ordu hissələrinin döyüş qabiliyyətini daha da gücləndirmiş olur. İndiki halda “Kaplan” raketlərinin hər iki variantı Yerevana və Ermənistan ərazisindəki strateji hədəflərə  birbaşa zərbə endirməyə imkan verir. O cümlədən “Kasırğa” raket sistemləri də bu imkanı Azərbaycan ordusuna yaradırdı.

Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat- taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.

Can Kasapoğlu yazır ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərb əməlyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilərdi. Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı Yerevan istiqamətində hücuma keçə bilər. İkinci variant isə hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablanar.

Müəllifə görə, 2016-cı ilə qədər belə ssenarilər olduqca az ağlabat sayılırdı. Lakin həmin ilin aprelində baş vermiş ciddi toqquşmalardan sonra Azərbaycan ordusu sübut etdi ki, 1990-cı illərin əvvəllərinə nisbətən indi daha effektiv hücum həyata keçirilməsini təmin edə  bilər.

Bu ssenarilər baxımından Türkiyədən alınan reaktiv yaylım atəşi sistemləri Naxçıvan istiqamətindən Ermənistan paytaxtına, yaxud daha düşünülmüş variantda Ermənistanı Dağlıq Qarabağla birləşdirən şosseyə zərbə endirmək üçün tətbiq edilə bilərdi.

Qeyd edək ki, Türkiyə ordusu TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemlərini Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda uğurla tətbiq edib. İlin əvvəllərində Türkiyə ordusunun “Kaplan” raketləri ilə endirdiyi zərbələr Suriya ordusunun mövqelərini darmadağın etmişdi.


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı