Ermənistan MN üç hərbçisinin yaralandığını açıqlayıb | Eurasia Diary - ednews.net

8 Avqust, Şənbə


Ermənistan MN üç hərbçisinin yaralandığını açıqlayıb

Münaqişələr A- A A+

Ermənistan Müdafiə Nazirliyi (MN) Azərbaycanla sərhəddə atışmada 3 hərbçinin yaralandığını açıqlayıb.

EDNews.net-in xəbərinə görə, bu barədə Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyan bildirib.

O, hərbçilərin qəlpə yarası aldığını deyib.

Qeyd edək ki, Ermənistan tərəfi bundan əvvəl iki polisin yaralandığını açıqlamışdı.

Sosial şəbəkələrin erməni seqmentində isə sərhəddəki toqquşmalarda Ermənistanın xeyli itki verdiyi əks etdirəm məlumat və faktlar yayılır. Ermənistanın hərbi-siyasi rəhbərliyi itkilər barədə hələlik rəsmi açıqlama vermir, faktları gizlətməyə üstünlük verir. (apa)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...