Rəsmi Pekin Çin-Hindistan sərhədində hindlilər tərəfindən təxribatçı hərəkət edildiyini açıqlayıb. Yeni Dehli isə Çin əsgərlərinin Pangong gölündəki Hindistan hərbi postlarına yaxınlaşmağa çalışdıqlarını və havaya atəş açdıqlarını bildirib.
Eurasia Diary "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Çin, Hindistan əsgərlərinin iki ölkə arasındakı mübahisəli ərazi olan Ladak bölgəsini keçdiyini və Çin patruluna xəbərdarlıq atəşi etdiyini iddia edib. Hindistan bu iddiaları rədd edib.
Dünən baş vermiş bu hadisədə ölən və ya yaralananın olub olmadığı barədə məlumat verilməyib.