"Rəşadətli Azərbaycan Ordusu öz doğma torpaqlarını düşmən tapdağından azad edir".
Eurasia Diary-nin məlumatına görə, bunu Azərbaycan Ordusunun zabiti videomüraciətdə deyib.
“Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, mən də zabit olaraq, hazırda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirəm. Cənab Ali Baş komandanın vurğuladığı kimi, bütün işğal olunmuş torpaqlarda, kənd və şəhərlərdə, qəsəbələrdə Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaq. Yaşasın Azərbaycan Ordusu, yaşasın Cənab Ali baş Komandan. Qarabağ Azərbaycandır!" - deyə müraciətdə bildirilib.