Erməni könüllü (iş adamı) Vaan Kerobyan Əl-Cəzirə telekanalına Ermənistan rəhbərliyinin onlardan istifadə etdiyini deyib.
Bu barədə Eurasia Diary "Əl-Cəzirə"yə istinadən xəbər verir.
Elə güclü təbliğat vardı ki, əsgərlər öz ordusunun Azərbaycan Ordusundan üstün olduğuna əmin idi.
“Bizə güclü olduğumuz barədə nağıllar söylənilirdi, ordumuzun çox güclü, çox böyük olduğunu düşünürdük, istədiyimizi edə bilərdik, əslində isə cəmiyyətdə heç kim real vəziyyəti bilmirdi. Bu nəticəyə layiqik".