Türkiyə və İranın Azərbaycandakı səfirləri Qarabağ münaqişəsi üzrə son vəziyyəti müzakirə ediblər.
Eurasia Diary xəbər verir ki, İranın Azərbaycandakı səfiri Seyyed Abbas Musəvi Türkiyəli həmkarı Erkan Özoral ilə fikir mübadiləsi aparıb.
Bu barədə Abbas Musəvi öz Tvitter səhfəsində qeyd edib.
"Bu gün dostum və qardaşım cənab Erkan Özoral, Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə səfiri ilə səmimi və səmərəli görüş keçirdim. İkitərəfli əlaqələrimiz, həmçinin Azərbaycanla münasibətlərimiz və Qarabağdakı son vəziyyət barədə fikir mübadiləsi apardıq".