Biz sənə tətik qədər yaxınıq, Xocalı! Qan yaddaşımızın 29-cu ili

İkinci Qarabağ savaşı bizi Qarabağa qovuşdursa da, yenə Xocalı ağrısını Xocalısız dinlədirik. Bəs görəsən sənə nə zaman qovuşacağıq..?

Münaqişələr 23:00 25.02.2021

Fevralın 25-dən 26-na keçən gecə, erməni quldurlarının Qarabağın səfalı guşələrindən olan Xocalı rayonunu qəfil mühasirəyə alaraq  600-dən çox dinc əhalini qətlə yetirdiyi o faciəli gecədir. Həmin gecə sanki yerlə göy birləşib, zaman isə donub durmuşdu. Əslində saatlar durmadan irəliləyirdi, sadəcə donan damarlardakı qan idi.

“Xocalıdakı həmin anları dilə gətirmək çox çətindir”. Bu sözləri Eurasia Diary-yə həmin dəhşətli gecənin ertəsi gününü anbaan videoya qeydə alan hərbi jurnalist İrfan Sapmaz  deyib.  

Bəli, Xocalıda döyüşən əsgərlərimizlə yanaşı jurnalistlər də həyatlarını riskə atıb erməni vəhşiliyini dünyaya çatdırmağa çalışırdılar. Məhz onların misilsiz əməyi sayəsində bu gün Xocalının inləyən səsini dünyaya duyurda bilirik. Jurnalist İrfan Sapmaz Türkiyənin TRT, TGRT və CNN Türk kanallarında hərbi müxbir kimi fəaliyyət göstərib. Qarabağla yanaşı Suriya, İraq və digər müharibə bölgələrində şəxsən iştirak edib. Lakin o, Xocalı qədər müdhiş bir faciəyə ilə heç vaxt üzləşmədiyini deyir. 

“Mən onlarca terror və müharibələrə şahid oldum, amma Xocalıda duyduğum atəş və fəryad səsləri hələ də qulaqlarımda səslənir,” – deyə Sapmaz 29 illik xatirəsini dilə gətirdi.

"O dəhşətli gecəni izləyərək lentə almaq bir çoxumuzda dərin izlər buraxdı. Bunu xatırlamaq çətindir.... Qucağında ölmüş körpəsini daşıyan bir qadın var idi. Körpəsi çoxdan ölmüşdü. Donaraq ölən körpənin rəngi qapqara idi, ancaq qadın körpəsinin öldüyünə hələ də inanmırdı. O, acı içində fəryad edirdi... Bunu gözlə görmək mənə ağır gəlirdi. Bütün bədənim sanki keyimişdi, dərin bir boşluq içində hiss edirdim özümü". 

Qeyd edək ki, jurnalist İrfan Sapmazın Qarabağdakı ilk təəssüratları Şuşadan başlayıb. O deyir ki, həmin zaman rus ordusunun 366-cı motoatıcı alayı Şuşadan Xocalıya doğru hərəkət edirdi.  

"Xocalıdakı dəhşətlər məndə çox ağır bir təəssürat buraxdı. Mən Şuşada olduğum zaman eşitdim ki, ermənilər Qarabağı artıq işğal etməyə başlayırlar. Orada qaldım və bir müddət baş verənləri öz gözlərimlə izləməklə yanaşı, kamerama da qeyd etdim. Daha sonra Ağdama doğru yola çıxdıq. Ora çatarkən Xocalıda qətliam olduğnu eşitdim. Bu məlumatı alan kimi dərhal dostumuz Ağası Hunla birgə Xocalıya tərəf getdik. Əsgəran təpəsi adlanan yerə gəldik. Bura daha irəliyə gedə bilməyəcəyimiz son yer idi. Sadəcə aşağıda Xocalı görünürdü," - deyə İrfan Sapmaz söhbətinə davam etdi.

Qeyd edək ki, Xocalı soy qırımı 29 il öncə fevral ayının 25-dən 26-na keçən gecə rus ordusunun 366-cı motoatıcı alayı və erməni terrorçlarının birgə təşəbbüsü ilə Azərbaycan türklərinə qarşı törədilən ən dəhşətli qətliamlardandır. Həmin gecə rəsmi hesabata görə, Xocalıda 116 qadın, 63 uşaq və 487 yaralı daxil olmaqla 613 nəfərdən çox dinc əhali qətlə yetirilib. Bundan əlavə, ölənlər arasında 200-dən artıq mülki vətəndaş xüsusi işgəncə ilə qətlə yetirilib, 8 ailə tamamən yox edilib və 25 uşaq hər iki valideynlərini itirərək yetim qalıb. 

"O gecə şəhərə girə bilmədik. Səhərin açılmasını gözlədik və Əsgəran təpəsinə çatanda dəhşətli bir mənzərənin şahidi olduq. Orada yerli sakinlərlə qarşılaşdıq. Onlardan bəzilərinin ayaqları yalın ağaclıqların arası ilə piyada qaçıb canlarını qurtarmağa çalışırdılar. Şaxta ayaqlarını tamamən dondurmuşdu... Bu, o zamana qədər gördüyümüz ən dəhşətli bir soyqırım faciəsi idi."

Jurnalist öz təəssüratlarını bölüşərkən Azərbaycan ordusunun o vaxtkı vəziyyəti barədə də söz açdı. O qeyd etdi ki, 90-cı illərin Azərbaycan əsgəri ilə bu gününün əsgəri arasında yerlə göy qədər fərq var. Onun sözlərinə görə, əsgərlər döyüş zamanı kimisi ov tüfəngləri, kimisi də Sovet dövründən qalma sıradan çıxmış avtomatlarla əraziləri müdafiə edirdilər. 

Bu gün isə Azərbaycan ordusu və əsgəri tam fərqli bir döyüş texnikası və taktikasına sahibdir. İkinci Qarabağ savaşında artıq Azərbaycan türkü öz sözünü dedi və düşmənin səddini qıraraq Qarabağın 28 illik bağlı qalan düyünlərini açdı. Açdı da, amma bir neçə düyün hələ açılmamış qaldı – onun biri də Xocalıdır... 

Xocalı rayonu Qarabağ silsiləsində yerləşən Azərbaycanın ekoloji cəhətdən saf təbiəti olan rayonlardan biridir. 1991-ci ilədək Əsgəran rayonun tərkib hissəsi olan Xocalıya əhalisinin sayına görə sonradan rayon statusu verilib. Sahəsi 0,94 min kvadrat km olan rayon hazırda Azərbaycan ordusu tərəfindən nəzarət olunan Ağdam rayonunun 18-ci, hələlik erməni və rus sülhməramlılarının nəzarətində olan Xankəndinin 14-cü km-liyində yerləşir. 2 qəsəbə, 50 kəndi özündə birləşdirən rayonun mərkəzi tarixə faciə ilə yazılan Xocalı şəhəridir və bu gün yenə biz ora daxil ola bilməmişik.  

Rayon 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli atəşkəs razılığına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilib. İndi müzəffər ordumuz tərəflər arasında imzalanan “kapitulyasiya” sənədinin qaydalarına riayət edərək səbrlə Qarabağımızın tam hürriyyətinə və öz doğma sahibinə qovuşacağı günü gözləyir. O gün uzaqda deyil. Səbr etdik, yənə səbr edəcəyik. İndi Şuşadan baxdıqda bir tətik qədər yaxın olan Xankəndi yenə doğma Xanının muğam səsini dinləyəcək. O günlər uzaqda deyil. Biz sizə yaxınıq, ey doğma Xan yurdum olan Xankəndi, biz sənə yaxınıq Xocalı!

Elnur Ənvəroğlu 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı