“Rusların missiyası azərbaycanlıların razılığı ilə həyata keçirilir, vəziyyətin idarəolunanlığı baxımından bu, ruslar üçün çətindir. Onlar Bakının açıq razılığı ilə Qarabağdadırlar”.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu “Carnegie Europe” fondunun baş elmi işçisi, Cənubi Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal deyib.
“Yenə də müəyyən qorxularım var ki, bütün bunlar beş il sonra, Rusiyanın Türkiyə ilə münasibətlərini nəzərə alsaq, bəlkə də daha tez çökə bilər. Düşünürəm ki, Rusiya və Türkiyədə bu iki rejim var olduğu müddətcə, onlar rəqabətdədirlər və eyni zamanda bir-birlərini yaxşı başa düşürlər. Putin Ərdoğanla telefonla danışanda çətin danışıqlar gedir, amma onlar bir-birlərinə hörmət edirlər, başa düşürlər ki, ümumi maraqlara sahibdirlər”, - deyə Vaal bildirib.