Erməni hərbi qulluqçu Narek Manukyan Ermənistan Müdafiə Nazirliyinin Dilican hərbi hissəsindən tərxis edilib və mülki həyata qayıdıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, daha sonra o, müharibəyə aparılıb, oktyabrın 11-də Cəbrayılda ölüb.
Erməni əsgərin anası Tamara Tatinyan deyib ki, Narekin ölümündən sonra onun avtomobilini və bütün texnikanı PUA-larla məhv ediblər.
“Narekin ölümündən sonra onun avtomobilini və təkcə onun avtomobilini yox, bütün texnikanı PUA-larla məhv ediblər. Cəbrayıldan heç bir texnika geri qayıtmayıb”, - deyə o qeyd edib.
Narek Manukyan İrəvanın 191 saylı məktəbində oxuyub. 44 günlük müharibə zamanı bu məktəbin məzunlarından 7-si ölüb, bu 7 nəfərdən 3-ü sinif yoldaşı olub.