Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.
Şəhid Əbülfəz Rəhmətov Lerik rayonunun Anbu kəndindəndir.
Bu gün onun nəşi Cəbrayıldan Lerik rayonuna gətiriləcək və böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.
Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.
Allah rəhmət eləsin!