Ermənilər “Bura azərbaycanlılarındır” deyir və köçürlər - VİDEO | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Ermənilər “Bura azərbaycanlılarındır” deyir və köçürlər - VİDEO

Münaqişələr A- A A+

Dağlıq Qarabağda qondarma rejimin “Təhlükəsizlik Şurası” bir sıra sahələrdə, xüsusən də Kəlbəcər bölgəsində Azərbaycan qoşunlarının irəliləməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Bu haqda informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.

Qara göl insidentindən sonra belə informasiyalar yayılıb ki, guya Azərbaycan ordusu digər ərazilərdə də mövqelərini irəliləyə çəkib.

Qondarma rejimin qurumu əlavə edib ki, Rusiya sülhməramlı kontingenti hazırda atəşkəs rejiminə tam nəzarət edir, təmas xəttindəki mövcud konfiqurasiya qorunur və  təhlükəsizlik lazımi səviyyədə təmin edilir.

“Təhlükəsizlik Şurası” medianı hərbi mövzuda həvəskar mesajlar yaymaqdan çəkinməyə və əhali arasında çaxnaşma yaratmamağa çağırır.

Əslində ermənilər istər Qara göl ətrafında, istərsə də digər ərazilərdə baş verənləri gizlətməyə çalışırlar. Məqsədləri isə əhalini təşvişə salmamaq və sərhəd kəndlərindən köçün qarşısını almaqdır.

Qara göllə bağlı saldıqları haray-həşir, görünür ziyanlarına işləyib, sosial medialarda sadə ermənilər bu torpaqların azərbaycanlılara məxsus olduğunu və köçmək məcburiyyətində qaldıqlarını gizlətməyiblər.

Bizim.media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...