Qırğızıstan Sərhəd Xidmətinin bölmələri Tacikistanla sərhəddə gücləndirilmiş iş rejiminə keçiblər.
Eurasia Diary xəbər verir ki, bu məlumatı Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.
“Tacikistan tərəfi Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı hökumətlərarası nümayəndə heyətinin əvvəl əldə etdiyi bütün razılaşmaları pozaraq, 4 iyundan etibarən Oş vilayətinin Çon-Alyask rayonunun Unju-Bulak ərazisində Qırğızıstan sərhədindən 1000 metr içəridə konteynerlər quraşdırmağa başlayıb”, – deyə məlumatda bildirilib.
Həmçinin Tacikistan tərəfindən sərhədə hərbçilərdən ibarət şəxsi heyətin toplandığını bəyan edilib.