Rusiya vertolyotu Xocalı aeroportunda... - Axı biz belə danışmamışdıq! - VİDEO | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Rusiya vertolyotu Xocalı aeroportunda... - Axı biz belə danışmamışdıq! - VİDEO

Münaqişələr A- A A+

Azərbaycanın Qarabağ bölgəsində mandatsız və müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları növbəti dəfə təxribatçı hərəkətə yol veriblər. Onların budəfəki təxribatı məsuliyyət bölgəsindəki şərti zərərçəkmişləri evakuasiya etmək üçün təlim olub.

EDNews.net xəbər verir ki, təlim zamanı şərti evakuasiya üçün Mi-8 AMYŞ "Terminator" vertolyotundan istifadə edilib. İstifadə yeri Xocalı hava limanıdır. Bu tip vertolyotlar nəqliyyat-hücum vertolyotları sayılır.   

Qeyd edək ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı razılaşmada 1960 nəfər hərbçi, 90 ədəd zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika qeyd olunub. Bəyanatında yer alan avadanlıq siyahısında hərbi nəqliyyat və hücum vertolyotları göstərilməyib.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri şərhsiz addıma mütləq şərh verməlidirlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...