Türkiyədə Ankara Prokurorluğu "X" sosial şəbəkəsinin süni intellekt tətbiqi "Grok" haqqında araşdırmalara başlayıb. Buna səbəb kimi tətbiqin istifadəçilərlə ünsiyyətində yer alan təhqir və söyüş məzmunlu cavablar göstərilib.
“EDnews” xəbər verir ki, milyarder Elon Maska məxsus olan "X" platformasının süni intellekti "Grok", son günlərdə verdiyi cavablarla müzakirələrə səbəb olub.
Bir çox istifadəçiyə təhqiramiz ifadələrlə cavab verdiyi bildirilən tətbiq, gələn reaksiyalardan sonra mesajlarını platformadan silməyə başlayıb.