Qazaxıstanda etirazlar proseslərin arxasında Kreml dayanır?

Münaqişələr 17:29 06.01.2022

Qazaxıstanda yanvarın ilk günlərindən sıxılmış maye qazın bahalaşması ilə bağlı başlayan etirazlar artıq ciddi silahlı insidentə çevrilib. Hadisələrlə bağlı ölkədə iki həftəlik fövqəladə vəziyyət elan edilib. 

Artıq yaranmış vəziyyəti nəzarət altına almaq üçün xüsusi əməliyyata başlanılıb. Ölkə prezidenti Qasım-Jomart Tokayev bir qədər də irəli gedərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım istəyib. O, Qazaxıstanda baş verənlərdə xaricdə hazırlanan mütəşəkkil terrorçu qüvvələrin iştirak etdyini iddia edib. 

Maraqlıdır ki, sosial şəbəkələrdə də naməlum şəxslərin insanlara silah payladığını əks etdirən görüntülər yayılıb. İddiaya görə, daxildəki vəziyyətdən istifadə edən bəzi xarici qüvvələr ölkədə silahlı münaqişəni intensivləşdirməyə çalışır. Belə bir situasiyada bəzi qüvvələr vəziyyəti gərginləşdirməkdə Rusiyanı, digərləri isə Qərb qüvvələri təqsirləndirir. İttihamlar dövlət səviyyəsində olmasa da, yerli mediada əsasən ABŞ və Rusiyanın Qazaxıstanın daxili işlərinə müdaxilə etməkdə adları hallanır. 

Maraqlıdır, proseslərə müdaxilə edən və ya yerli etirazçıları silahlandırmada maraqlı olan qüvvələr kimdir? Ümumiyyətlə Qazaxıstanda hakimiyyəti devirmək planının arxasında hansısa xarici qüvvələr dayanırmı?

Atlas Araşdırmalar Mərkəzinin siyasi analitiki Samir Hümbətov Qazaxıstanda baş verən hadisələrin gedişatı və baş vermə səbəbləri barədə EDNews.net-ə açıqlama verib.  

Rəsmi Bakı Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans  yaratmalıdır" - SAMİR HÜMBƏTOV

“Qazaxıstandakı hadisələr barədə danışarkən ilk öncə proseslərin əvvəlinə nəzər yetirmək lazımdır. Bunu diqqətlə incələsək baş verənlərin arxasında hansı qüvvələrin dayandığını anlaya bilərik. Təbii ki, Qazaxıstanda son dövrlər həm iqtisadi, həm mədəni, həm də siyasi sahədə bir intibah dövrü yaşanırdı. Yəni Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev 2019-cu ildə postunu tərk etsə də, o, KTMT-nin başçısı, həm də “Elbası” statusunu aldı. O, həm də dövlətin idarə edilməsində birbaşa nəzarətçi funksiyasını həyata keçirirdi. Hazırkı prezident Qasım-Jomart Tokayev isə onun kölgəsində hərəkət edirdi,” deyə, S.Hümbətov vurğulayıb. 

“Qeyd edim ki, Qazaxıstanda son iki ildə baş verən islahatlar, xüsusilə ölkənin kiril əlifbasından latın əlifbasına keçməsi, rus dilinin məhdudlaşdırılması sanki ölkədə milliləşməyə bir təkan verdi. Qazaxıstan sanki öz tarixinə, milli soy kökünə qayıdış mərhələsinə qədəm qoydu. Bütün bu proseslər Rusiyanı çox ciddi şəkildə narahat edirdi. 

Bundan əlavə, Rusiya parlamentinin deputatları, hətta birinci vitse-spiker səviyyəsində tanınan Vyaçeslav Nikonovun Qazaxıstan haqda dediyi “Qazaxıstan SSRİ-nin ona verdiyi bir peşkəşdir” ifadəsi, habelə Rusiyanın Qazaxıstanın şimalına ərazi iddiası, nəhayət Rusiya prezidenti Putinin “Qazax tarixi yoxdur” kimi işlətdiyi ifadələr, eyni zamanda bunun Nazarbayev səviyyəsində cavablandırılması bunu göstərir ki, proseslər lap əvvəldən başlayıb və ölkədə qarşıdurmanın yaranmasında Rusiya bilavasitə rol oynayıb”, - deyə, politoloq əlavə edib. 

Siyasi analitik Rusiyanın qurduğu planda maraqlı məqamlara da toxunub.

“Əminliklə deyə bilərəm ki, bu plan Rusiyanın uzun zamandan bəri hazırladığı bir plandır. Türkçülük ideologiyasının tərəfdarı olan Nazarbayevlə Putin arasında yaşanan bəzi xoşagəlməz hadisələrdən sonra Rusiya Qazaxıstanın siyasi kursundan narahat olmağa başlayıb. Hətta bir məqama diqqət etmək lazımdır ki, etirazlar zamanı iki şüar səsləndirilirdi: bunlardan biri prezidentin deyil, məhz hökumətin istefaya getməsi tələbi, ikincisi isə Nazarbayevin “Elbası” statusunun əlindən alınması. Nə üçün məhz hökumətin istefaya getməsi, prezidentin deyil? Çünki hökumət qüvvələrində Nazarbayev tərəfdarları və onu  etibarlı adamları yer alırdı. Rusiya planına əsasən, xalqın içindəki ruspərəst qüvvələr asanlıqla kütləni özünə cəlb edə bilib. Bu səbəbdən də etirazlar zamanı Nazarbayevin heykəlinin aşırdılması və hökumətin istefaya getməsi tələbləri bir daha göstərir ki, Rusiyanın burada maraqlı olub”. 

Elnur Ənvəroğlu 

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Hamısı