Qafandan qovulan azərbaycanlıların başına gətirilən faciələri kim idarə edirdi? Hadisə şahidinin gözü ilə

Münaqişələr 13:05 29.01.2022

“O vaxt heç kəsə icazə vermədilər ki, Ermənistanda azərbaycanlıların başına gətirilən müsibətlər barədə bir kəlmə yazsın”.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə elmləri üzrə professor Əli Abbasov EDNews-a açıqlamasında 1988-ci ilin yanvar-fevral aylarında Ermənistan SSR-in Qafan şəhərindən minlərcə etnik azərbaycanlılar heç bir səbəb olmadan və zor gücündən öz doğma yurd-yuvalarından çıxarılması barədə danışarkən deyib.

O, qeyd edib ki, bu hadisə Ermənistandan azərbaycanlıların deportasiyasının ilk dalğası idi.

Əli Abbasov ilkin olaraq qeyd edib ki, həmin dövrdə o, Bakıda indiki Prezident administrasiyasının yaxınlığında yerləşən partiya məktəbində müəllim kimi çalışıb. Professor qeyd edib ki, o ərəfələrdə, bir gün dərs dediyi zaman binanın pəncərəsindən Azərbaycan SSRİ rəhbərliyi (indiki Prezident Administrasiyası) binasının qarşısına geniş kütlənin toplaşdığını görüb.

“Mühazirə zamanı təsadüfən pəncərədən gördüm ki, bir kütlə insan o vaxtki dövlət administrasiyasının binası tərəf gedir. Bu məni bir anda çox təəccübləndirdi. Fikirləşdim ki, görəsən, nə baş verib? Sonradan bizə dedilər ki, bu insanlar Ermənistanın Qafan və digər bölgələrdən qovulan qaçıqınlardır. Dövlət administrasiyasının qarşısına yığılmaqda məqsədləri Azərbaycan kommunist rəhbərliyindən imdad diləmək, kömək ummaq idi. Lakin izdiham tez bir zamanda dağıdıldı. Administrasiyada vəzifə tutan şəxslər qaçqınlara bildirdilər ki, onlar Ermənistanın partiya rəhbərliyi ilə danışıqlar aparıblar. Guya ki, onları doğma yurdlarına qaytarmaq üçün addımlar atacaqlar”.

Ə.Abbasovun verdiyi məlumata görə, partiya məktəbində təhsil alan erməni tələbələr bu hadisələrdən xəbərdar idilər.

“Bakı Soveti binasında yerləşən partiya məktəbində Zaqafqaziya ölkələri – Ermənistan, Gürcüstan və Azərbaycan, hətta Şimal Qafqazdan olan tələbələr təhsil alırdılar. Tələbələr də adi bir şəxs deyildilər. Hamısı partiya komitəsinin üzvləri idilər. Münaqişənin qığılcımları görünməyə başlayanda, biz başa düşdük ki, erməni tələbələr bu barədə məlumatlıdırlar. Amma onlar susur, sakitcə hadisələri müşahidə edirdilər”.

Həmin ildə vəziyyətin getdikcə kəskinləşdiyini deyən Ə.Abbasov bildirib ki, o vaxt heç kəsə Qafandan qovulan azərbaycanlıların problemləri barədə məlumat yaymağa və yazmağa imkan vermirdilər.

“Bilirsiniz, sovet dövründə Azərbaycanda başqa bir sistem mövcud idi. Biz yurd-yuvasından didərgin salınmış kənd camaatının əhvalını və vəziyyətini görürdük. Anlayırdıq ki, durum ürəkaçan deyil. Bu barədə söz-söhbətlər yavaş-yavaş qızışırdı. Həmin qaçqınların qayıtmasına heç bir imkan yaradılmırdı. Onlar Bakının müxtəlif yerlərində acınacaqlı durumda məskən salmışdılar. Daha da acınacaqlı vəziyyət burasında idi ki, heç kəsin bu hadisələr haqqında təbliğat aparmağa ixtiyarı yox idi. Nə bizə, nə də başqalarına yazmağa və məlumat yaymağa imkan vermirdilər. Hətta, bu məsələdə cüzi addımların atılması da təhlükəli idi. Hər bir idarədə və institutlarda KGB-yə bağlı komitələr var idi. İnsanları anbaan izləyirdilər, təqib edirdilər. Orada işləyənlərin çoxusu isə milliyyətcə erməni və rus idi”.

Lakin Əli Abbasov bu hadisələr haqqında yalnız vəziyyət gərginləşəndən, ən əsası “Qara Yanvar” faciəsindən sonra intensiv şəkildə yazıların dərc olunmağa başlanıldığını da bildirib. Söhbət əsnasında həmin dövrdə Moskvanın Azərbaycana olan təzyiqlərinin artırdığını deyən professor Kremlin bilərəkdən erməni millətçilərinin anti-Azərbaycan təbliğatlarına göz yumduğunu da nəzərə çatdırıb.

“Ermənilər 1987-ci ildən başlayaraq, açıq şəkildə Qarabağla bağlı kampaniya aparırdılar. Azərbaycana qarşı ərazi iddialarını dilə gətirirdilər. Ermənistan və Dağlıq Qarabağdan olan erməni millətçiləri Qarabağ məsələsini Ali Sovet səviyyəsində rəsmiləşdirməyə çalışırdılar. Hətta, Zori Balayan kimi erməni yazıçıları öz əsərlərində millətimizə qarşı nifrət yağdırırdılar. Maraqlısı odur ki, Moskva ermənilərin neqativ hərəkətlərinə göz yumurdu və səsini çıxarmırdı. Moskvanın yalnız bizə gücü çatırdı. Bakıda hamını susdurmaq üçün Moskvadan komissiya gəlirdi. Sonradan hamıya aydın oldu ki, mərkəz bilərəkdən münaqişəni alovlandırır”.

Sonda Ə.Abbasov Sumqayıt hadisələrinə də toxunub; “Ermənistanda və Qarabağda erməni millətçiləri azərbaycan xalqına qarşı düşmənçilik təbliğatı aparmasına baxmayaraq, insanlarımız arasında erməni sakinlərinə qarşı nifrət bəslənmirdi. Əksinə Sumqayıt və Bakıda provokasiya xarakterli qətliamlar baş verərkən, bir çox azərbaycanlı erməniləri öz evlərində gizlədərək onları xilas edib. Sumqayıtdakı provokasiyalar mərkəzi qüvvələr tərəfindən təşkil olunmuşdu. Hətta, bu provokasiyalarda erməni qrupları da iştirak edirdi. Onlardan biri Eduard Qriqonyan idi. O insan Sumqayıtda öz millətinə qarşı törətdiyi əməllərinə görə güllənməli idi. Lakin o, hələ də Rusiyada rahat bir şəraitdə yaşayır. Onu nə ermənilər cəzalandırır, nə də Rusiyanın xüsusi mühafizə orqanları həbs etmir. Buradan aydın görünür ki, münaqişəyə aparan hadisələr sovet hakimiyyəti tərəfindən planlaşdırılmışdır”.

Yunis Abdullayev

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
Hamısı