Səhər saat 5 radələrində rus qoşunları Rusiya və Belarusdan Ukraynanın dövlət sərhədinə hücum edib.
Ednews Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı ölkənin Dövlət Sərhəd Xidməti yayıb.
“Sərhəd birləşmələrinə, sərhəd dəstələrinə və keçid məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə baş tutur.
Bu, Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində baş verir. Bundan əlavə, hücum Krımdan da həyata keçirilir. Düşmənin təxribat-kəşfiyyat qruplarının ölkə ərazisinə daxil olduğu qeydə alınıb”, - bəyanatda deyilir.