"Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətindəki Melovoye və Qorodişe kəndlərini işğal edib".
Ednews xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var.