Rusiyanın işğalı başlayandan bəri bölgədə ən azı 431 dinc sakin ölüb, 1168 nəfər yaralanıb. Hazırda Mariupol və Volnovaxa şəhərində itkilərin sayı məlum deyil.
Ednews “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Donetsk qubernatoru Pavlo Kirilenko məlumat yayıb.
"Rusiya silahlı qüvvələri Donetsk qəsəbələrinin mülki infrastrukturunu məhv edərək yüz minlərlə insanı evsiz qoyur", - Pavlo Kirilenko “Telegram”da qeyd edib.
Qeyd edək ki, Mariupol merinin müşaviri bildirib ki, şəhər rəsmiləri Rusiyanın işğalı zamanı üç ay ərzində azı 22 min dinc sakinin öldüyünü bildirib.
Mirvari Əzizova