Sərhəddəki gərginliyin əsas səbəbi - Deputatdan Açıqlama - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Sərhəddəki gərginliyin əsas səbəbi - Deputatdan Açıqlama

Münaqişələr A- A A+

"Ordumuz tərəfindən atəş nöqtələri neytrallaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi kimi, yalnız rəsmi məlumatlardan istifadə edilməsi, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatlarının paylaşılmaması olduqca vacibdir”.

Ednews xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərə ziddi olaraq Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycanın Qarabağ iqtisadi rayonunda hələ də mövcuddur. Bu da gərginliyin əsas səbəblərindədir.

"Ermənistanın bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir və Azərbaycan ordusu bu kimi bütün təxribatların qarşısını almaq gücündədir. Ermənistanın baş nazirinin telefon zəngləri yenidən başlandı. Paşinyan Rusiya prezidenti ilə danışıb.

Allah ordumuzu qorusun və Azərbaycan hərbi qüvvələri ölkəmizin təhlükəsizliyini tam qorumaq gücündədir. Zəfər bizimlədir. Qarabağ Azərbaycandır!”, deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...