"İlk növbədə Rusiyadan qurtulmaq lazımdır, türklər və azərbaycanlılardan yox”.
Ednews xəbər verir ki, bu barədə məşhur erməni aktyor Sergey Danielyan videomüraciətində bildirib.
“Onlar bizim qonşumuzdur. Biz türklərlə 600 il birgə yaşadıq. Siz ortaya çıxana qədər hər şey yaxşı idi. Daşnaklar sizə inandılar və bu hakimiyyətə (Osmanlıya–İ.N.) xəyanət etdik. Sizin imperiya əliniz bizi türklərə qarşı qoydu" – deyə aktyor qeyd edib.