Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb

Münaqişələr A- A A+

Rusiyanın Ukraynaya atdığı raket Moldova ərazisinə düşüb.

Ednews xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” Moldova Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Bu gün səhər Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna yenidən raket atəşinə tutulub və Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketlərdən biri Moldovanın şimalında yerləşən Naslavça yaşayış məntəqəsi yaxınlığına düşüb. Raketin düşməsi nəticəsində xəsarət alanlar yoxdur, yaxınlıqdakı evlərin şüşələri sınıb”, - Moldova Daxili İşlər Nazirliyindən bildirilib.

Hər hansı təhlükənin qarşısını almaq məqsədilə hadisə yerinə giriş-çıxış bağlanıb. Müvafiq qurumlar lazımi tədbirləri həyata keçirir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...