Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız həlak olub.
Ednews xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yer alıb.
Əslən Oğuz rayonundan olan 1974-cu il təvəllüdlü Məmmədov Elçin Telman oğlu savaşa qədər Odessada yaşayıb.
Döyüşlərə könüllü olaraq Xerson istiqamətində başlayan soydaşımız Baxmut uğrunda döyüşlərdə həlak olub.
Onun həyat yoldaşı, ukraynalı xanım da bir neçə il öncə dünyasını dəyişib. Bir oğlu, bir qızı var!