“Dövlət katibi Blinkenin Vaşinqtonda Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Mirzoyanı qəbul etməsini alqışlayıram. Blinkenin xarici işlər nazirlərini qəbul etməsi çox müsbət əlamətidir”.
Bu fikirləri ABŞ diplomatik korpusunun əməkdaşı, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Vaşinqtonda keçirilən üçtərəfli görüşü Ednews-a şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, bu görüş bir daha vurğulayır ki, Blinken və prezident Bayden Azərbaycan və Ermənistana sülh razılaşmasına nail olmaq üçün əllərindən gələni edirlər.
“Mən Minsk Qrupunun həmsədri olduğum günlərə qayıdaraq həmişə düşünmüşəm ki, ABŞ-ın ali rəhbərliyi dəstək və siyasi çətir göstərməsə, Azərbaycan və Ermənistan rəhbərliyinin belə sülhə nail olması çox çətin olacaq”.
Keçmiş səfir qeyd edib ki, Paşinyanın Azərbaycanla hər hansı razılaşmaya görə Ermənistanın siyasi sistemi daxilində ciddi müqavimətlə üzləşməsi ölkələr arasında razılaşmanı çətinləşdirir.
“Nazirliyin həmsədri kimi təcrübəmdə rusiyalı həmkarım Yuri Mirzlakov, eləcə də xarici işlər naziri Lavrov yaradıcı və konstruktiv idi və həqiqətən sülh sazişi üçün çərçivə əldə etmək üçün tərəfləri bir araya gətirməyə çalışıblar”.
Sonda Metyu Brayzə Rusiyanın bu məsələyə münasibəti ilə bağlı fikirlərini də bölüşüb. O, qeyd edib ki, V.Putin yekun sülh müqaviləsi deyil, daha doğrusu müharibədən qaçmağa imkan verəcək çərçivə sazişi bağlamaq istəyir.
“Mən prezident Putinin yekun sülh müqaviləsini istəməsini heç vaxt hiss etməmişəm. Düşünürəm ki, o, müharibədən qaçacaq çərçivə sazişi istəyirdi, lakin o, həm də münaqişənin səthin altında gurultulu davam etməsini planlayırdı. Onun bu gün öz yanaşmasının dəyişməsi üçün heç bir səbəb görmürəm”.
Xatırladaq ki, mayın 1-də Bakı və İrəvanın xarici işlər nazirləri Vaşinqtona səfər ediblər. Onlar əvvəlcə ABŞ dövlət katibi Blinkenlə ayrı-ayrılıqda görüşüblər, sonra isə üçtərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanmasına hazırlıq müzakirə edilib.
Nurlana Hacıyeva