İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsinın ofisi yaxınlığında təşkilatın sədri Miryane Spolyariç-Eqqerdən saxlanılan terrorçu Vaqif Xaçaturyanın azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.
Ednews erməni mediasına istinadən xəbər verir ki, İştirakçılar Qırmızı Xaç əməkdaşlarının ofisinə girişi bağlayıb və iki tələb irəli sürüblər: BQXK rəhbəri beynəlxalq media üçün mətbuat konfransı keçirməli və hadisəni pisləyərək Vaqif Xaçaturyanın saxlanması ilə bağlı məlumatı səsləndirməli, və Xaçaturyanı Ermənistana geri qaytarmalıdır.
Qeyd edək ki, iyulun 29-da Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Nurlana Hacıyeva