Son siyasi proseslər onu göstərirdi ki, Ermənistan tərəfi sülh istəmir. Onlar özləri məcbur etdilər ki, Azərbaycan hərbi əməliyyatlara başlasın:
Bu sözləri Ednews-a politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, hava məkanımıza düşmən tərəfindən müdaxilə edilməsi, polislərimizin minaya düşərək həlak olması bir daha onu göstərdi ki, ermənilər barışa yaxın gəlmir:
“Nəticədə də hazırda ordumuzun hərbi əməliyyatları davam etməkdədir. Tam əminliklə deyə bilərik ki, bu antiterror əməliyyatları çərçivəsində həm şəhidlərimizin qisası alınacaq, həm də ümumi nəticə Azərbaycanın xeyrinə yekunlaşacaq. Hərbi əməliyyatların xüsusi əhəmiyyəti olacaq. Düşmən tərəfi hazırda böyük təşviş içərisindədir. Allah Azərbaycan Ordusunu və əsgərlərimizi qorusun. İkinci Qarabağ savaşında olduğu kimi bu savaşda da qələbə Azərbaycanın olacaq".
Oğuz