Livanın Al Mayadeen televiziyası xəbər verir ki, bu səhər Suriyada ABŞ-ın iki hərbi bazasına hücum edilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Deyr əz-Zorun şimal bölgəsindəki Konoko hərbi bazasına raket zərbəsi endirilib, ikinci hücum isə Suriyanın İraq və İordaniya sərhədləri yaxınlığındakı Əl-Tanf bazasında pilotsuz təyyarə ilə həyata keçirilib.
Bu hücumlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Ülviyyə Şahin