İsrail-HƏMAS qarşıdurmasının 17-ci günü: Müharibə aylarla DAVAM EDƏCƏK

Münaqişələr 09:23 23.10.2023

İsrail-Həmas qarşıdurması 17-ci gününə qədəm qoyub. İsrail mümkün quru əməliyyatından əvvəl Qəzzada hava əməliyyatlarını gücləndirib. Bir gecədə 400-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib. İsrailin müdafiə naziri Qəzzaya quru hücumunun aylar çəkə biləcəyini deyib. Qəzzaya basqın zamanı bir İsrail əsgəri həlak olub. 

Ednews bölgədə son 24 saatda baş verənləri təqdim edir:

HƏMAS-ın 7 oktyabr “Əqsa tufanı” adı ilə İsrailə qarşı başlatdığı əməliyyatın ardından İsrailin Qəzzaya hücumları 17-ci gündür davam edir.

İsrailin müdafiə naziri Yoav Qalant Hərbi Hava Qüvvələri Əməliyyat Komandanlığının iclasında, "Qəzzada quru əməliyyatı orada son müharibə olmalıdır, çünki ondan sonra HƏMAS olmayacaq. Bu, 2-3 ay çəkə bilər, amma nəticədə orada Həmas olmayacaq”, deyə bildirib.

Hərtərəfli quru əməliyyatı gözlənildiyi halda, İsrail ordusu ara-sıra Qəzza sərhədinə girərək əməliyyatlar həyata keçirir.
Nəhayət, Həmas Xan Yunus bölgəsinə basqın edən İsrail əsgərlərinə cavab verib. 

Tank əleyhinə raketin atılması nəticəsində 1 İsrail əsgəri ölüb, 3-ü yaralanıb. HƏMAS bəyanat verdi ki, biz İsrailin hücumunu dəf etdik. 

İsrail ordusu mümkün quru əməliyyatından əvvəl Qəzzanı havadan bombardmanlarını gücləndirib.
İsrail təyyarələri Qəzzada Cəbəliyyə, Əl-Bureyc və Nusayrat qaçqın düşərgələrinə və Beyt Lahiya bölgəsində mülki əhalinin yaşadığı bir çox evə hava zərbələri endirib.

Hücumlar nəticəsində 400-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-nın şəhərdəki tibbi mənbələrdən verdiyi məlumata görə, ölənlərin 70 faizi uşaqlar, qadınlar və qocalardır.

Yanacaq tankerləri 17 TIR-dan ibarət konvoyda ilk dəfə Qəzzaya çatıb.

Yardım karvanı Qəzzaya doğru hərəkət edərkən, Rəfah Sərhəd Qapısı yaxınlığında partlayış səsləri eşidilib.

İSRAİL MİSİR NÖQTƏSİNİ VURDU

İsrail ordusu Rafah Sərhəd Qapısına yaxın bir Misir hərbi məntəqəsini hədəfə alıb. Təl-Əviv hücumun səhvən həyata keçirildiyini açıqlayıb. Misir administrasiyası İsrailin onlarla əlaqə saxladığını və vəziyyəti izah etdiyini bildirib. Hücum nəticəsində Misir əsgərlərinin yüngül yaralandığı açıqlanıb. 

İsrail hava zərbələri ilə Qəzzadakı Cəbəliyə qaçqın düşərgəsini hədəf alıb. Hədəfdə iki məscid var idi. Hücum nəticəsində ən azı 2 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

İsrail ordusu İordan çayının qərb sahilini də hədəfə alıb.

Cenin şəhərinə edilən hücumda Əl Ənsar məscidi İsrail döyüş təyyarələri tərəfindən vurulub.

Məscidi vurduğunu etiraf edən İsrail ordusu hədəflərinin ibadət yerinin altındakı tunellər olduğunu iddia edib.

Beləliklə, oktyabrın 7-dən İsrailin vurduğu məscidlərin sayı 31-ə yüksəlib.

İsrailin aviazərbələri zamanı Qəzzadakı Birləşmiş Millətlər Təşkilatının məktəbi də hədəfə alınıb.

İsrailin bombardmanlarından xilas olmaq üçün fələstinlilərin sığındığı Xan Yunisdəki məktəbdə çox sayda insan dağıntılar altında qalıb.

Digər tərəfdən, on minlərlə İsrail əsgəri Qəzza sərhədində quru əməliyyatını gözləməyə davam edir.
Bundan əvvəl İsrailin iqtisadiyyat naziri hökumətin orduya yaşıl işıq yandırdığını və əməliyyatla bağlı qərarın orduya aid olduğunu bildirmişdi.

İSRAİLƏ DƏSTƏK SƏFƏRLƏRİ

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Makron və Hollandiyanın baş naziri Ruttenin İsrailə səfər edəcəyini açıqlayıb.

Rutte bu gün İsrailin paytaxtı Təl-Əvivə bir günlük səfər edəcək və Netanyahu ilə görüşəcək.

Rutte daha sonra Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

Fransa prezidenti Emmanuel Makron da çərşənbə axşamı İsraildə olacaq.

Oğuz

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Hamısı