Rusiya qüvvələri Kupyan-Svatov-Kreminna xəttində və Avdiv şəhərində irəliləyir.
Ednews rus mediasına istinadən xəbər verir ki, Rusiya qoşunları son sutka ərzində Kupyan-Svatov-Kreminna xəttində hücum əməliyyatlarını davam etdirib və irəliləyib. Rusların Dibrovanın cənub-şərqinə doğru irəlilədikləri bildirilir.
Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib ki, Rusiya ordusu Kupyan istiqamətində Liman Perşo, Stelmakivka, Novoselivski və Limanda hücum əməliyyatları aparır. Sırski onu da vurğulayıb ki, Rusiya ehtiyatda olan hücum bölmələrini Sinkivka yaxınlığında yerləşdirir.
Oğuz