"HƏMAS-ın yaxın gələcəkdə İsraili bir ölkə kimi tanıya biləcəyinə dair işarələr var".
Ednews xəbər verir ki, bu sözləri Fələstinin Avstriyadakı səfiri və Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində daimi müşahidəçi Salah Abdel-Şəfi RİA Novosti-yə müsahibəsində bildirib.
Səfir Fələstin Milli Administrasiyası (PNA) ilə HƏMAS arasındakı fikir ayrılıqlarının "siyasi" olduğunu və onun təşkilatının ərazi ilə İsrail arasındakı münaqişənin həlli kimi iki dövlət sistemini dəstəklədiyini vurğulayıb.
O, həm də qeyd edib ki, İsrail və HƏMAS arasında danışıqların ABŞ, Qətər və Misir də daxil olmaqla, vasitəçilərin köməyi ilə yenidən başlansada, ortaq qərarın alınması hələlik görülmür.
Əkbər