Yəməndə administrasiya üzərində qarşıdurma yaşayan hökumət və husilər atəşkəs əldə etmək və sülh danışıqlarına başlamaq qərarına gəliblər.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib ki, Yəmən hökuməti və İranın dəstəklədiyi husilər yeni atəşkəs və BMT-nin rəhbərlik etdiyi sülh prosesinin başlanmasına sadiqdirlər.
Məsələ ilə bağlı lazımi addımların atılması üçün tərəflərlə çalışacağını bildirən Qrundberq yol xəritəsində ölkədəki siyasi prosesə hazırlığın da yer aldığını bildirib. Qrundberq deyib: “30 milyon yəmənli davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün bu yeni fürsəti axtarır. Beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti bu qərardan razı qaldıqlarını bildirib və Səudiyyə Ərəbistanı və Omana sülh prosesinin irəliləməsi üçün göstərdikləri səylərə görə təşəkkür edib. 2014-cü ildən İranın dəstəklədiyi husilər paytaxt Sənanı ələ keçirdikdən sonra ölkədə münaqişələr yaşanır.
Xəyal Ramiz