Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Qırmızı dənizdəki hadisələrlə bağlı yazılı açıqlama verib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Açıqlamada, ABŞ və Böyük Britaniyanın ötən gün digər ölkələrin dəstəyi ilə Yəmənə qarşı hava hücumu təşkil etdiyi vurğulanıb və BMT-nin sözçüsü Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi 2722 saylı qətnaməyə tam əməl olunmasının vacibliyini vurğulayıb.
Misir Qırmızı dənizdə Yəmənə hücumlardan sonra "dərin narahatlığını" ifadə edib və bölgədə gərginliyin azaldılmasını istəyib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ölkənin rəsmi xəbər agentliyi SPA-da dərc olunan bəyanatında, "Qırmızı dənizdəki hərbi əməliyyatları və Yəməndəki nöqtələrə endirilən hava zərbələrini böyük narahatlıqla izləyirik" - deyilib.
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bəyanatında ölkəsinin Babel Məndeb kanalı bölgəsinə və Qırmızı dənizdə dəniz gəmiçiliyinə edilən hücumların nəticələrindən dərin narahatlığını ifadə edib.
Xəyal Ramiz