Ukrayna son 24 saat ərzində Donetsk vilayətində 290-a qədər əsgər itirib.
Ednews "Sputinik"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat yayıb.
Verilən müddət ərzində Rusiya silahlı qüvvələri Ukrayna hərbçilərinin Donetsk ətrafında iki , Krasnı Liman bölgəsində iki və Donetskin cənubunda daha bir hücumunu dəf edib .
“Düşmən 290-a qədər hərbi qulluqçu, iki zirehli döyüş maşını və [Donetsk yaxınlığında] 4 texnikasını itirib”, - nazirliyin bəyanatında deyilir.
Ukrayna Krasnı Liman bölgəsində isə 260-a qədər , Kupyansk vilayətində isə 130-a qədər əsgərini itirib , MN əlavə edib .
Əkbər