“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”

Ekspert rəyi 17:10 04.07.2025

Azərbaycan və Özbəkistan münasibətləri hər zaman yüksələn xəttlə inkişaf edib. Şavkat Mirziyoyevin ölkəmizdə budəfəki dövlət səfəri zamanı bir daha aydın oldu ki, Bakı ilə Daşkənd bütün istiqamətlər üzrə maraqları üst-üstə düşən müttəfiqlərdir. Dövlət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizi daha da möhkəmləndirib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2022-ci ilin yayında Daşkəndə səfəri zamanı əməkdaşlığın 40-a yaxın sahəsini əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında Bəyannamə imzalanmışdı.  Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ölkələrimiz arasında Ali Dövlətlərarası Şura yaradılıb. İki gün əvvəl Şuranın ikinci iclası keçirildi və dövlət başçıları Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.

Eyni zamanda, ikitərəfli münasibətlərin yeni istiqamətini müəyyən edən müttəfiqlik münasibətləri haqqında Müqavilə də artıq ikinci ildir qüvvədədir. Mətbuata birgə bəyanat zamanı cənab Prezident bir daha  bəyan etdi ki, ötən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.

Bakı ilə Daşkənd həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.

Ölkələrimiz arasında iqtisadi-ticari və logistika sahəsində əməkdaşlıq da genişlənir. Belə ki, 2025-ci ilin əvvəlindən ölkələrimiz arasında ticarət dövriyyəsi 40 faiz artıb. 2030-cu ilədək bu rəqəmin bir milyard dollara çatdırılması nəzərdə tutulur. Hazırda Özbəkistan-Azərbaycan İnvestisiya Fondu fəaliyyət göstərir.

Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərinin inkişafına da xüsusi diqqət yetirirlər. Daşkənd Bakının infrastrukturundan istifadə edərək öz marşrutlarını getdikcə daha çox trans-Xəzər istiqamətinə inteqrasiya edir. Budəfəki səfər zamanı Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəldi.

Cənab Prezident İlham Əliyev də bəyan etdi ki, “biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.”

Bərpaolunan enerji sahəsində işbirliyi də tərəflərin marağında olan əməkdaşlıq istiqamətidir. Qardaş Özbəkistan həm də Qarabağ və Şərqi Zəngəzurun bərpasına töhfə verən ilk ölkələrdəndir. 2023-cü ildə Qarabağın Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən məktəb istifadəyə verilib. Eyni zamanda Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən Xankəndidə tikiş fabriki fəaliyyət göstərir. Ötən gün dövlət başçıları yenidən sözügedən müəssisədə oldular. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar. Bu da qardaş Özbəkistanın azad olunmuş ərazilərə gedir qayıdan soydaşlarımızın sosial rifahının yaxşılaşmasına töhfədir.

Budəfəki səfər zamanı həm də Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılış mərasimi keçirildi. Səfər zamanı ölkələrimiz arasında yeni əməkdaşlıq sənədləri imzalandı. Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişafını daha da dərinləşdirəcək.

Yeri gəlmişkən, iki gün öncə Xivə şəhərində ilk Azərbaycan-Özbəkistan parlamentlərarası forumu uğurla keçirildi. Müxtəlif mövzularda müzkirələr aparıldı. Bu forum münasibətlərin tam fərqli səviyyəsidir. Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu təkcə tarixi hadisə deyil, həm də iki ölkənin parlamentlərarası əməkdaşlığını yeni səviyyəyə qaldıracaq mühüm platformadır. Forumda da bəyan oldunduğu kimi, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsinə əsaslanan, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan parlamentlərarası formatda əməkdaşlığın yeni səhifəsi açılır. Bu dialoq vasitəsilə parlamentlərimiz yeni formatda dövlətlərarası münasibətlərin dərinləşməsinə və hərtərəfli inkişafına təkan vermək niyyətindədir. Bu forum parlamentlərarası dialoq üçün mühüm platforma olmaqla yanaşı, həm də iki ölkə arasında ümumi inkişaf perspektivlərini müəyyən edən, sıx əməkdaşlığı praktiki məzmunla zənginləşdirən mühüm reallıq kimi tarixə düşdü.

Nigar Məmmədova 

Milli Məclisin Deputatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
İlham Əliyevin Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxışının TAM MƏTNİ
14:35 04.07.2025
Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir
14:30 04.07.2025
"Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
14:29 04.07.2025
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
14:15 04.07.2025
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
14:00 04.07.2025
Prezident İlham Əliyev və Pakistanın Baş Naziri Xankəndidə görüşdü
13:55 04.07.2025
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
13:45 04.07.2025
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
13:20 04.07.2025
Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:01 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
Hamısı