Rusiya Ukraynanın çəkildiyini elan etdiyi Avdiyivka şəhərini nəzarətə götürdüyünü bəyan edib
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donetsk vilayətinin Avdiyivka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şoyqunun Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü bildirilib.
Açıqlamada “Mərkəz” hərbi qruplaşmasının bölmələrinin Donetsk vilayətindəki digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirdiyi bildirilib və “Şoyqu Putinə Donetsk Xalq Respublikasının Avdiyivka şəhərinin ələ keçirildiyi barədə məlumat verib. Avdiyivka üçün gedən döyüşlərdə son 24 saatda Ukrayna ordusunun itkisi 1500 idi.
Xəyal Ramiz