"Ukrayna hərbçilərinin cəbhədəki vəziyyəti sadəcə olaraq dəhşətlidir".
Ednews xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Con Kirbi mətbuata çıxışında deyib.
“Cəbhədəki ukraynalı əsgərlər harda və nə ilə atəş açacaqları ilə bağlı çox çətin qərarlar qəbul edirlər.Və onların sursatları tükənir... Yəni vəziyyət sadəcə dəhşətlidir.
Mən buna vaxt möhürü vurub filan tarixdə müharibəni uduzacaqlarını deyə biləcək vəziyyətdə deyiləm, amma ruslardan aldıqları əraziləri mütləq itirməyə başlayırlar. İndi də bunu ruslara verməlidirlər, çünki bacarmırlar, cavab verə bilmirlər”, - o, əlavə edib.
Xatırladaq ki, ABŞ ötən gün Ukraynaya hərbi - sursat göndərməyəciyini bildirib.
Əkbər