“Belarus, Ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb”.
Ednews-un məlumatına görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, Ukrayna Belarusla sərhədləri yaxınlığında 120 mindən çox hərbi qulluqçu saxlayır:
Prezident xatırladıb ki, Rusiyadan iyunun sonu - iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak etmək üçün aviasiya və quru qoşun hissələrinin bir çoxu gətirilmişdi:
“Ukraynalılar o zaman Rusiyanın Belarus ərazisindən hücuma keçəcəyini düşünürdülər. Və onlar [Ukrayna] 120 minə hərbi personalı sərhədə köçürməyə başladılar. Cavab olaraq ordunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirməyə məcbur oldum. Müharibə, müdafiə zamanı olduğu kimi, bütün sərhəd boyu hərbçilərimizi gətirdik və müəyyən nöqtələrə yerləşdirdik. Üstəlik, orada xüsusi təyinatlılar - “Alfa”, “Almaz” və başqaları işləyir, öz işlərini görürlər”.
Aleksandr Lukaşenko onu da vurğulayıb ki, Belarus qoşunlarının yaxın vaxtlarda sərhəddən çıxarılması istisna olunur: “Bizim qoşunlarımızı Ukrayna ilə sərhəddən çıxarmaq ölüm kimidir”.
Əkbər Novruz