Rusiya ilə sülh əldə etməzdən əvvəl Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır.
“EDnyus” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RAI News 24” kanalına müsahibəsi zamanı deyib.
“Avropa İttifaqı bu gün Rusiya Federasiyasının dondurulmuş bütün aktivləri ilə bağlı ciddi addımlar ata bilər. Bu mühüm addımdır. Bu, təkcə Ukraynaya kömək etməyəcək", - o deyib.
Zelenski Rusiyanın dondurulmuş aktivlərinin pullarını ölkənin silahlı qarşıdurmanın nəticələrindən qurtulmasına kömək etmək üçün Avropa bizneslərinin inkişafına yönəltməyi təklif edib. O, bu qərarı qarşılıqlı faydalı yanaşma adlandırıb.
“Biz münaqişənin həllini çox istəyirik. Amma hansısa razılaşmadan əvvəl bunların ciddi təhlükəsizlik zəmanətini olmağı zəruridir", - dövlət başçısı qeyd edib.
Prezident həmçinin bildirib ki, bu il silahlı münaqişəyə son qoyulacağına ümid edir.