Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ABŞ Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirmək üçün kifayət qədər maliyyə resurslarına malikdir.
"EDnyus" xəbər verir ki, nazir bunu “ERR” televiziyasına müsahibəsində deyib.
“Kiyev mübarizəni davam etdirmək qərarına gələrsə, Ukraynanı dəstəkləmək üçün bizim çoxlu maliyyə resurslarımız var”, - XİN başçısı qeyd edib.