Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri hipersəsli ballistik raketdən istifadə ilə Tel-Əvivdəki Ben Qurion hava limanına hücum ediblər.
“EDnews" xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya “Ənsar Allah”ın nəzarətində olan “Al Masirah” telekanalının efirində məlumat verib.
“Raket Qüvvələri hərbi əməliyyat keçirib və hipersəsli ballistik raketdən istifadə ilə işğal altındakı Yaffa bölgəsində (Tel-Əviv – red.) İsrailin Ben Qurion adlanan Lod hava limanını vurublar”, - Sariya bildirib.
Xatırladaq ki, mayın 4-də Yəməndən atılan raket İsrailin əsas hava limanının ərazisinə düşüb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, hava limanının fəaliyyəti yarım saatlıq dayandırılıb.
Fatimə Mərdanlı //EDnews