Zelenski geyim tərzini niyə dəyişib?

Dünya 00:47 26.06.2025

Ukrayna Prezidenti Volodimir Zelenski geyim tərzində etdiyi dəyişikliklərlə beynəlxalq medianın diqqətini cəlb edib.

“EDnews” xəbər verir ki,  ABŞ Prezidenti Donald Trampla bu ilin fevralında Ağ Evdə keçirilən və gərgin keçən görüşdən sonra Zelenski artıq əvvəlki kimi hərbi tərzdə geyinməyə üstünlük vermir.

Həmin görüşdə Zelenskinin hərbi stildə köynək geyməsi ABŞ mediasında tənqid olunub, hətta bəzi jurnalistlər onu müttəfiqlərə qarşı kifayət qədər minnətdarlıq göstərməməkdə ittiham ediblər. Gərgin dialoq və qarşılıqlı ittihamlarla yadda qalan bu səfərdən sonra Zelenski ABŞ ilə münasibətləri bərpa etməyə çalışır.

Zelenskinin yeni görünüşü - qara gödəkçə, tünd rəngli köynəklər və qalstuksuz, lakin daha rəsmi tərzli geyim "vizual diplomatiyanın yeni forması" kimi dəyərləndirilir. Bu ifadə Ukraynanın ELLE jurnalı tərəfindən istifadə edilib.

Zelenski son olaraq iyunun 25-də Haaqada keçirilən NATO sammitindən öncə Niderland kralının təşkil etdiyi rəsmi şam yeməyinə də bu yeni tərzdə qatılıb. O, qonaqlar arasında Britaniyanın baş naziri Keir Starmer və İtaliyanın baş naziri Giorgia Meloni ilə birlikdə görüntülənib.

Sammitin özünə dəvət edilməsə də, sonradan Tramp ilə bir araya gələn Zelenski silah alışı ilə bağlı istəyini bir daha gündəmə gətirib.

Ukrayna cəmiyyətində Zelenskinin geyiminə görə tənqid olunması narazılıqla qarşılanıb. Ölkə ictimaiyyəti onun döyüş meydanındakı əsgərlərlə həmrəylik göstərmək niyyətini anlayışla qarşılayır. 

Zelenskinin son zamanlar daha çox rəsmi və qara rəngli, lakin hələ də qalstuksuz geyim seçməsi onun diplomatik mövqelərində ehtiyatlı, lakin israrlı yanaşmasını simvolizə edir. Bu vizual dəyişikliyin beynəlxalq səviyyədə də rezonans doğurduğu aydın görünür.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Hamısı